“Venesuela prezidentliyinə namizəd Edmudo Qonsales Urrutianın yeni dövlət başçısı olacağı və ölkənin demokratiyaya keçidini təmin edəcəyi gözlənilir”.
Turkustan.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron sosial media hesabında yazıb.
“Başlanğıc keçid dövrü dinc, demokratik və Venesuela xalqının iradəsinə hörmətə əsaslanmalıdır. Ümid edirik ki, 2024-cü ildə seçilən prezident Edmundo Qonsales Urrutia bunu mümkün qədər tez təmin edə biləcək”, – deyə o bildirib.
Makron Fransanın regional tərəfdaşları ilə danışıqlar apardığını və ölkənin bu qeyri-müəyyənlik zamanında vətəndaşlarının təhlükəsizliyini təmin etməyə hazır olduğunu vurğulayıb.
Fransa prezidentinin sözlərinə görə, ABŞ Venesuelanı Nikolas Maduronun diktaturasından azad etdi:
“Venesuela xalqı bunu qeyd etməyə bilməz. Maduro hakimiyyəti ələ keçirmiş və fundamental azadlıqları tapdalamışdı. O, bununla da xalqının ləyaqətini təhqir etmişdi”.
Qeyd edək ki, Venesuelada son seçkilər 28 iyul 2024-cü ildə keçirilib./Globalinfo.az