Ukrayna ordusunun keçmiş baş komandanı və ölkənin Londondakı hazırkı səfiri Valeri Zalujnı 31 dekabr 2026-cı ildə Ukrayna prezidenti olacaq.
Turkustan.az xəbər verir ki, bunu “Vaşinqton Post” qəzetinin köşə yazarı David İqnatius 2026-cı il proqnozlarını yazarkən qeyd edib.
“Vladimir Zelenskinin istefasından sonra Zalujnı "milli birlik" hökumətinə rəhbərlik edəcək”, - o bildirib.
İqnatiusun 2026-cı il və Ukrayna müharibəsi ilə bağlı proqnozları arasında aşağıdakı ssenarilər də var:
- Rusiyanın "kölgə donanması"na ciddi zərbə vuracaq və Rusiyanın enerji ixracatını yarıya endirəcək Ukrayna dəniz dronları.
- NATO-nun AB hava məkanını keçən Rusiya dronunu vurmasından və mülki təyyarə üçün təhlükə yaratmasından sonra müharibənin genişlənməsi.
- Davam edən və qanlı bir dalana çevrilən müharibə. /axar.az/