Bakıda güclü külək nəticəsində 8 ağac aşıb, daha 12-si zədələnib.
Turkustan.az xəbər verir ki, bu barədə Bakı Şəhər Yaşıllaşma Təsərrüfatı Birliyindən məlumat verilib.
Məlumata görə, gecə saatlarından bu vaxta qədər paytaxt ərazisində 8 ağac aşıb, daha 12 ağacın budaqları zədələnib.
Hazırda ərazilərdə təmizlik və təhlükəsizlik tədbirləri görülür. /axar.az/