İranda gərginlik daha da artır. Həmədanda hərbi vəziyyət elan olunub.
Turkustan.az xəbər verir ki, Həmədan vilayətinin Əsədabad şəhərində repressiv qüvvələr etiraz edən insanlara atəş açır. Yerli mənbələrin məlumatına görə, şəhərdə vəziyyət son dərəcə gərgindir.
Bildirilir ki, Həmədanın bəzi bölgələrində hökumət qüvvələri səsgücləndiricilər vasitəsilə əhaliyə müraciət edərək “vəziyyətin normal olmadığını”, bütün mağazaların dərhal bağlanmalı olduğunu və insanların evlərinə getməli olduqlarını elan ediblər.
Hadisələr fonunda şəhərə əlavə təhlükəsizlik qüvvələrinin cəlb edildiyi, küçələrdə hərbi texnikanın göründüyü barədə də məlumatlar yayılır. Rəsmi Tehran hələlik baş verənlərlə bağlı açıqlama verməyib. /Musavat.com/