İsrail hədələdi: Dərhal ölkəni tərk edin!


İsrail beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) haqqında yeni qanuna əsasən, ölkədə qeydiyyatını yeniləməyən təşkilatların 1 yanvar tarixindən etibarən fəaliyyətinin dayandırılacağını və həmin qurumların 1 martadək ölkəni tərk etməli olacağını açıqlayıb.

Turkustan.az xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyinin məlumatına görə, yeni QHT qanunu 1 yanvardan qüvvəyə minəcək və qeydiyyatını yeniləməyən beynəlxalq təşkilatların İsraildə fəaliyyətinə icazə verilməyəcək.

İsrail tərəfi bildirib ki, bu addım “terrorla əlaqəsi olan şübhəli elementlərin QHT-lər adı altında fəaliyyət göstərməsinin qarşısını almaq” məqsədi daşıyır və qanunun Qəzzaya humanitar yardımın çatdırılmasına təsir etməyəcəyi iddia olunur.

Diaspor İşləri və Antisemitizmlə Mübarizə Nazirliyi isə açıqlamasında qeyd edib ki, Sərhədsiz Həkimlər Təşkilatı (MSF) yeni qeydiyyat prosesini tamamlamayıb, maliyyələşmə və bəzi əməkdaşlarla bağlı məlumat sorğularına cavab verməyib. Bu səbəbdən təşkilata rəsmi xəbərdarlıq göndərilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ