Almaniyanın Gelzenkirxen şəhərində quldurlar bank filialının seyfindən təxminən 30 milyon avro oğurlayıblar.
Turkustan.az xəbər verir ki, Almaniya mediasında yer alan xəbərlərə görə, həftəsonu Gelzenkirxen şəhərindəki Sparkasse bankının filialı qarət edilib.
Xüsusi qazma cihazından istifadə edərək soyğunçular bankın seyfinə daxil olmaq üçün qonşu dayanacağın divarını sındırıblar.
3300 seyf qutusunu zorla açan quldurlar təxminən 30 milyon avro oğurlayıblar.
Bildirilib ki, soyğunçuluqdan 2500-dən çox müştəri zərər çəkib.
Xəbərlərdə planlaşdırılan və peşəkarcasına həyata keçirilən soyğunun ölkənin cinayət tarixindəki ən böyük soyğunlardan biri olduğu bildirilirdi.
Hadisə xəbərindən sonra çoxlu sayda müştəri filiala axın etdi.
Aytən Yaşar/ Turkustan.az