Lukaşenkodan şok bəyanat: Rusiya Zelenskinin iqamətgahını vura bilər


Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Rusiya Ukrayna prezidenti Volodimir Zelenskinin iqamətgahına zərbə endirmək üçün bütün hərbi-texniki imkanlara sahibdir.

Turkustan.az xəbər verir ki, Lukaşenkonun sözlərinə görə, Moskvanın bu cür potensiala malik olması hərbi baxımdan sirr deyil və Rusiya istəsə, belə bir zərbəni həyata keçirə bilər. O, bu açıqlamanı regionda artan gərginlik və liderlərin təhlükəsizliyi ilə bağlı müzakirələr fonunda səsləndirib.

Belarus lideri konkret zərbə planlarından danışmayıb, lakin bildirib ki, müasir müharibə şəraitində yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatları vasitəsilə istənilən strateji obyektə çatmaq mümkündür.

Rəsmi Kiyev və Moskva Lukaşenkonun sözlərinə hələlik münasibət bildirməyib. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ