Son 10 ay ərzində Rusiyanın Ukraynaya qarşı müharibədəki itkiləri 2022-ci ildə tammiqyaslı işğalın başlanğıcından bəri ən sürətli şəkildə artıb.
Turkustan.az xəbər verir ki, bu barədə BBC-nin təhlilində deyilir.
Bildirilib ki, Tramp administrasiyasının təzyiqi altında 2025-ci ildə sülh səyləri gücləndikdə, Rusiya mənbələri əvvəlki ilə nisbətən 40% daha çox əsgər ölümü ilə bağlı nekroloqun dərc edildiyini bildiriblər.
Ümumilikdə, BBC jurnalistləri Ukraynada Rusiya tərəfində döyüşərək həlak olan təxminən 160 min insanın adını təsdiqləyiblər.
Qeyd olunur ki, faktiki ölüm sayı daha çoxdur və hərbi ekspertlər BBC-nin təhlilinin ümumi sayın yalnız 45-65%-ni əks etdirə biləcəyinə inanırlar.
Buna görə də, hesab edilir ki, Rusiya ordusunda ölənlərin sayı 243 min ilə 352 min arasında dəyişir. /axar.az/