ABŞ administrasiyası Venesuela və İranda yerləşən 10 fiziki və hüquqi şəxsi sanksiya siyahısına əlavə edib.
Turkustan.az xəbər verir ki, bunlara İranın Venesuela ilə pilotsuz uçuş aparatları (PUA) ticarətini asanlaşdıran bir şirkət də daxildir.
ABŞ Maliyyə Nazirliyi bu sanksiyaların İran və Venesuela ilə silah ticarətini hədəf aldığını bildirib.
Bəyanatda Venesuela və İranda yerləşən 10 fiziki və hüquqi şəxsin sanksiya siyahısına əlavə edildiyi və İranın Venesuela ilə dron ticarətində iştirak edən bir Venesuela şirkətinin də sanksiya tətbiq olunan qurumlar arasında olduğu qeyd edilib.
Bəyanatda vurğulanır ki, İranın pilotsuz təyyarə və raket proqramları Yaxın Şərqdəki ABŞ və müttəfiqlərinin heyəti üçün təhlükə yaradır və Qırmızı dənizdə kommersiya gəmiçiliyini qeyri-sabitləşdirir, İranın Venesuelaya təqdim etdiyi ənənəvi silahlar isə ABŞ-ın Qərb yarımkürəsindəki maraqlarına təhlükə yaradır.
Aytən Yaşar/ Turkustan.az