Səudiyyə Ərəbistanı İsrailin Somaliland bəyanatını rədd etdi


Səudiyyə Ərəbistanı Somalinin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqlədi, eyni zamanda İsrailin Somalilendi tanımaq barədə bəyannaməsini rədd etdi.

Turkustan.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Əl Səudun sədrliyi ilə paytaxt Ər-Riyadda keçirilən həftəlik Nazirlər Kabinetinin iclası keçirilib.

Ölkənin rəsmi xəbər agentliyi SPA görüşdən sonra verilən açıqlamanı dərc edib.

Bəyanatda bildirilir ki, görüşdə ölkədəki inkişaflar, eləcə də Yəmən və regionla bağlı məsələlər müzakirə olunub.

"Nazirlər Şurası qardaş Somalinin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və İsrailin (Somalilandın tanınması) bəyannaməsini rədd edir" sözlərini özündə əks etdirən bəyanatda Nazirlər Şurasının İsrail bəyannaməsini "beynəlxalq hüququ pozan və birtərəfli separatçı hərəkətləri gücləndirən bir addım" kimi xarakterizə etdiyi qeyd olunub.

Bəyanatda Yəməndəki son hadisələrə toxunularaq qeyd olunub ki, Səudiyyə Ərəbistanı milli təhlükəsizliyinə qarşı hər hansı bir pozuntuya və ya təhdidə qarşı lazımi addımlar və tədbirlər görməkdən çəkinməyəcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ