Moskvadan Tramp-Zelenski görüşünə REAKSİYA


“ABŞ Prezidenti Donald Tramp dekabrın 28-də keçiriləcək görüşdə Ukrayna Prezidenti Volodimir Zelenskinin təkliflərini dinləyəcək”.

Turkustan.az xəbər verir ki, bunu rusiyalı senator Aleksey Puşkov deyib.

“Tramp nəyə sahib olduğuna baxacaq və təklifləri öz planları ilə uyğunlaşdıracaq. Zelenskinin bütün məqamlarda avropalılarla razılaşması Ağ Ev rəhbəri üçün az əhəmiyyət kəsb edir. O, öz oyununu oynamağa davam edir”, – deyə senator bildirib.

Qeyd edək ki, bu gün Bakı saatı ilə saat 22:00-da liderlərin görüşü başlamalıdır. Tramp və Zelenskinin 20 maddəlik planı müzakirə etmələri planlaşdırılır./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ