Ağdərə rayonunun Vəngli və Kolatağ, həmçinin Xocalı rayonunun Daşbulaq və Badara kəndlərinə növbəti köç karvanları yola salınıb.
Turkustan.az xəbər verir ki, bu mərhələdə Vəngliyə 6 (14 nəfər), Kolatağa 7 (31 nəfər), Badaraya 15 (66 nəfər), Daşbulağa isə 4 ailə (11 nəfər) köçürülür.
Qeyd edək ki, bununla Vəngliyə 124 (482 nəfər), Kolatağa 33 (120 nəfər), Daşbulağa 34 (133 nəfər), Badaraya isə 28 ailənin (220) daimi qayıdışı təmin ediləcək. /bakivaxti.az/