Moskvada avtomobil partladı, rus generalı öldürüldü


Rusiyalı general-leytenant Fanil Sarvarov Moskvada avtomobilinin altına qoyulan bombanın partlaması nəticəsində həlak olub.

Turkustan.az xəbər verir ki, Rusiya İstintaq Komitəsi Moskvada avtomobilə qoyulmuş bombanın partlaması nəticəsində bir rus generalının öldüyünü açıqladı.

Komitə bildirib ki, Rusiya Baş Qərargahının nəzdindəki Ordu Əməliyyat Təlimi İdarəsinin rəisi general-leytenant Fanil Sarvarov öldürülüb.

Bəyanata görə, dekabrın 22-si səhər saatlarında Moskvanın Yasenevaya küçəsində nəqliyyat vasitəsinin altına qoyulmuş partlayıcı qurğu işə düşüb. Partlayış nəticəsində general-leytenant Fanil Sərvərov aldığı xəsarətlərdən ölüb.

Partlayış Sərvərov özünün "Kia Sorento" markalı avtomobilinə minərkən baş verib.

İlkin məlumata görə, sürücü oturacağının altına əldəqayırma partlayıcı qurğu yerləşdirilib.

Komitə açıqladı ki, araşdırılan variantlardan biri bombanın Ukrayna Xüsusi Xidmətləri tərəfindən qoyulmasıdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ