ABŞ Prezidenti Donald Tramp ikinci müddətə ilk dəfə olaraq yerli vaxtla sabah axşam "Birliyin vəziyyəti" mövzusunda müraciət edəcəyini açıqladı.
Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Tramp özünün Truth Social hesabında sabah axşam yerli vaxtla saat 21:00-da Ağ Evdən canlı olaraq xalqa müraciət edəcəyini açıqladı.
"Ölkəmiz üçün əla bir il oldu və ən yaxşısı hələ qabaqdadır", - deyən Tramp bütün amerikalılara müraciət etməyi səbirsizliklə gözlədiyini əlavə etdi.
Aytən Yaşar/ Turkustan.az