Leyen: Avropa öz təhlükəsizliyinə görə məsuliyyət daşımalıdır


Avropa Birliyi (AB) Komissiyasının sədri Ursula fon der Leyen təhlükəli və maraqlara əsaslanan bir dünya ilə qarşılaşdıqlarını bildirərək, "Avropa öz təhlükəsizliyinə görə məsuliyyət daşımalıdır" deyə əlavə etdi.

Turkustan.az xəbər verir ki, Von der Leyen Strasburqda Avropa Parlamentinin plenar iclasında çıxış edib.

Təhlükəli və eqoist bir dünya ilə qarşılaşdıqlarını bildirən fon der Leyen, "Müharibələrin aparıldığı və yırtıcıların sərbəst gəzdiyi bir dünya. Bu dünyanın reallığı o deməkdir ki, biz avropalılar özümüzü müdafiə etməli və özümüzə inamlı olmalıyıq" dedi.

Von der Leyen bildirib ki, avropalılar başqalarının dünyagörüşlərinin onları təyin etməsinə icazə verməməlidirlər, eyni zamanda başqalarının Avropa haqqında dediklərinə təəccüblənməməlidirlər.

ABŞ administrasiyasının 5 dekabrda dərc olunmuş Milli Təhlükəsizlik Strategiyasına istinad edən fon der Leyen qeyd edib ki, sənəddə Avropanın qlobal ümumi daxili məhsuldakı payını itirdiyi dəqiq şəkildə qeyd olunur.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ