ABŞ-Venesuela gərginliyi artır: Biz təhdidləri rədd edirik!


Venesuela hökuməti ABŞ prezidenti Donald Trampın sanksiyalara məruz qalan bütün Venesuela neft tankerlərinin bloklanması əmrinə "Biz bu təhdidləri rədd edirik" deyərək cavab verdi.

Turkustan.az xəbər verir ki, Venesuela hökumətinin rəsmi saytında dərc olunmuş açıqlamada Trampın Venesuela ilə bağlı açıqlamalarının beynəlxalq hüququ pozan "ciddi və ehtiyatsız" bir təhdid olduğu vurğulanıb.

Bəyanatda Vaşinqtonun hərəkəti Venesuelanın təbii sərvətlərini ələ keçirmək üçün müstəmləkə cəhdi kimi qiymətləndirilib və Karakas hökumətinin Birləşmiş Millətlər Təşkilatına rəsmi şikayət edəcəyi elan edilib.

Trampın Venesuelanın "ABŞ-dan neft, torpaq və digər aktivləri oğurladığı" ittihamı ilə bağlı aşağıdakı cavab verildi:
"Biz bu təhdidləri rədd edirik. Tramp beynəlxalq hüququ, azad ticarəti və naviqasiya azadlığını pozaraq Bolivar Venesuela Respublikasına qarşı son dərəcə ciddi və məsuliyyətsiz bir təhdid irəli sürüb. Tramp sosial media paylaşımlarında Venesuelanın neft, torpaq və mineral sərvətlərinin ona məxsus olduğunu və buna görə də ölkənin bütün sərvətlərinin dərhal ona təhvil verilməli olduğunu düşünür. ABŞ prezidenti tamamilə irrasional bir addım ataraq ölkəmizin sərvətlərini ələ keçirmək üçün Venesuelaya sözdə dəniz blokadası tətbiq etməyi hədəfləyir."

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ