Aİ Rusiyanın 210 milyardlıq aktivlərinin taleyini müzakirə edəcək


Avropa Birliyi (AB) liderləri sabah Brüsseldə görüşərək Ukraynaya dondurulmuş 210 milyard avro dəyərində Rusiya aktivlərinin buraxılması planını müzakirə edəcəklər.

Turkustan.az xəbər verir ki, 27 Aİ üzv dövlətinin dövlət və hökumət başçılarının qatıldığı Aİ Liderlər Zirvəsi sabah Belçikanın paytaxtı Brüsseldə keçiriləcək.

Milad mövsümündən əvvəl keçiriləcək ilin son zirvə görüşünə Avropa Şurasının prezidenti Antonio Kosta sədrlik edəcək.

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas da sammitdə iştirak edəcəklər.

Aİ-nin yüksək vəzifəli rəsmisinin sözlərinə görə, sammitin əsas mövzusu Ukraynaya maliyyə dəstəyinin göstərilməsi olacaq.

Görüşün əvvəlində liderlər Ukraynadakı son hadisələri və Aİ-nin ölkəyə dəstəyini necə davam etdirə biləcəyini qiymətləndirəcəklər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ