Venesuela prezidenti Nikolas Maduro ölkəsinin 25 həftədir ABŞ hərbi blokadası altında olduğunu bildirib və əlavə edib ki, "Biz yeni bir Vyetnam istəmirik".
Turkustan.az xəbər verir ki, Karakasda keçirilən İşçilərin Təsis Məclisində çıxış edən Maduro ABŞ-ın Karib dənizindəki hərbi fəaliyyətini və Venesuela neft tankerinin ələ keçirilməsini tənqid edib.
Maduro ABŞ-ın müxtəlif bəhanələrlə Venesuelanı Liviya, Əfqanıstan və İraqa bənzər bir ssenariyə sürükləmək istədiyini iddia edərək dedi: "Biz yeni bir Vyetnam istəmirik. Venesuela 25 həftədir ki, bu hərbi mühasirədən şikayətlənir, mübarizə aparır və onu dəf edir. Biz çoxşaxəli hücum altındayıq, amma Venesuela xalqı nə qədər güclü və dözümlü olduğunu göstərdi".
Aytən Yaşar/ Turkustan.az