Tramp Venesueladan gələn neft tankerlərinin blokladasına göstəriş verdi


ABŞ prezidenti Tramp sosial media hesabında paylaşım edərək Venesuela hökumətini növbəti dəfə sərt şəkildə tənqid edib.

Turkustan.az xəbər verir ki, Tramp Venesuela hökumətini "xarici terror təşkilatı" kimi tanıdıqlarını qeyd edərək bildirib ki, "Venesuela Cənubi Amerika tarixinin ən böyük donanması ilə tamamilə əhatə olunub. Bu donanma böyüyəcək və onlara əvvəllər heç vaxt görmədikləri bir şok yaşadacaq".

Tramp Venesuelanın ABŞ-ın oğurladığını iddia etdiyi bütün neft, torpaq və digər aktivləri geri qaytarana qədər blokadanın davam edəcəyini bildirib və əlavə edib: "Buna görə də bu gün Venesuelaya daxil olan və çıxan bütün sanksiyalı neft tankerlərinin bloklanmasını əmr edirəm".

Tramp, Venesueladakı Nikolas Maduro hökumətinin "qanunsuz" olduğunu iddia edərək, Venesuela hökumətinin "onlardan oğurlanan" neft yataqlarından əldə edilən neftlə maliyyələşdirildiyini iddia etdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ