ABŞ Cənub Komandanlığı (SOUTHCOM) Şərqi Sakit Okeanda narkotik daşımaqda şübhəli bilinən üç qayığa hücum edərək səkkiz nəfərin ölümünə səbəb olduğunu açıqladı.
Turkustan.az xəbər verir ki, SOUTHCOM-un veb saytında hücumlarla bağlı verilən açıqlamada bildirilir ki, müdafiə naziri Pit Heqsetin əmri ilə dünən Şərqi Sakit Okeanda "narkotik daşıdığı və terror təşkilatları ilə əlaqəli olduğu" iddia edilən üç qayığa qarşı hava və dəniz hücumları həyata keçirilib.
Bəyanatda hücumlarda qayıqlarda olan ümumilikdə 8 nəfərin öldüyü bildirilir və birinci qayıqda 3, ikincisində 2 və üçüncüsündə 3 nəfərin olduğu əlavə edilib.
Bəyanatda gəmilərin beynəlxalq sularda vurulduğu iddia edilir.
Aytən Yaşar/ Turkustan.az