Maduro: Amerika xalqı mənim ölkəmlə müharibəyə yol verməyəcək


Venesuela prezidenti Nikolas Maduro bildirib ki, Amerika xalqı sülh tərəfdarıdır və ölkəsinə qarşı mümkün müharibəyə yol verməyəcək.

Turkustan.az xəbər verir ki, özəl televiziya kanalında çıxış edən Maduro, ABŞ-ın Karib dənizində hərbi gücünün artırılması və Çilidəki prezident seçkilərinin nəticələri də daxil olmaqla, cari hadisələrə münasibət bildirib.

ABŞ-dakı bəzi dairələrin Venesuela ilə "məntiqsiz müharibə" başlatmaq istədiyini iddia edən Maduro, "ABŞ ictimaiyyətinin bu cür ssenarilərə icazə verəcəyinə inanmıram. Bilirəm ki, Amerika xalqı Cənubi Amerikada neft uğrunda müharibə başlatmaq istəyən müharibə qızışdıran dəlilərin əl-qolunu bağlayacaq" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ