Peskov: Ukraynanın NATO-ya qoşulmaması danışıqların əsasını təşkil edir


Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Ukraynanın NATO-ya qoşulmasına qarşı zəmanətlər davam edən danışıqların təməl daşlarından biri hesab olunur.

Turkustan.az xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərin cari məsələlərlə bağlı bəzi suallarını cavablandırıb.
Peskov Rusiya prezidenti Vladimir Putinin Ukraynada sülh istədiyini bildirib və əlavə edib ki, "Putin əsl sülhə və ciddi qərarlara açıqdır, lakin prosesi ləngitməyə və süni, müvəqqəti gecikmələr yaratmağa yönəlmiş manevrlərə qarşıdır".

Peskov Ukrayna məsələsinin həlli üçün cədvəlin müzakirəsinin mənasız bir proses olduğunu söylədi.

Ukraynanın ABŞ ilə davam edən danışıqlarda NATO-ya qoşulmayacağına dair zəmanətlərin vacibliyi ilə bağlı suala cavab olaraq Peskov deyib: "Təbii ki, bu məsələ prosesin təməl daşıdır və müzakirə olunmalıdır. Bu, danışıqlar prosesinin əsasını təşkil edir".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ