“ABŞ-ın sülh planına Ukraynanın 2027-ci ildə Avropa İttifaqına (Aİ) qoşulması və təmas xətti boyunca hərbsizləşdirilmiş zonanın yaradılması daxildir”.
Turkustan.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti ABŞ, Ukrayna və Avropa rəsmilərinə istinadən yazıb:
“Bundan başqa, Ukrayna Silahlı Qüvvələrinin sayının 800 min nəfərlə məhdudlaşdırılması da nəzərdən keçirilir.
Birləşmiş Ştatlar həmçinin Zaporojjya Atom Elektrik Stansiyasına (ZNPP) nəzarət etmək və Ukraynanın yenidən qurulması və onun iqtisadi inkişafını təmin etmək üçün investorları cəlb etmək niyyətindədir. Vaşinqton və Kiyev hələ də sərhədləri müzakirə edir”./Globalinfo.az