Makron: Ukrayna bizim dəstəyimizə arxalana bilər


Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz, Ukrayna prezidenti Vladimir Zelenski və Böyük Britaniyanın baş naziri Key Starmer Londonda görüşüb.

Turkustan.az xəbər verir ki, Ukraynadakı müharibəni müzakirə edən liderlər Kiyev üçün güclü təhlükəsizlik təminatlarına ehtiyac olduğunu qeyd ediblər.

Görüşündən sonra açıqlama verən Makron, “Ukrayna Rusiyanın təcavüzünə müstəsna cəsarətlə qarşı durmağa davam edir.

"Ukrayna bizim dəstəyimizə və ədalətli və davamlı sülhə sadiqliyimizə arxalana bilər. ABŞ və Avropanın tətbiq etdiyi son sanksiyalar Rusiya iqtisadiyyatını zəiflədir. Biz bu səyləri davam etdirməli və təzyiqləri davam etdirməliyik".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ