Türkiyə prezidenti Ərdoğan Venesuela Prezidenti Nikolas Maduro ilə telefon danışığı aparıb.
Turkustan.az xəbər verir ki, Rabitə İdarəsi görüşlə bağlı açıqlama verib:
“Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan Venesuela Prezidenti Nikolas Maduro ilə telefon danışığı aparıb.
Görüşdə Türkiyə ilə Venesuela arasında ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib. Prezident Ərdoğan Venesuela Prezidenti Maduroya bölgələrindəki hadisələri yaxından izlədiklərini və Türkiyənin problemlərin dialoq yolu ilə həll olunacağına inandıqlarını, hər platformada ifadə etdikləri mövqeni söylədi".
Aytən Yaşar/ Turkustan.az