Bütün diqqətlər oraya yönəlib: narahatam - Zelenski


Ukrayna lideri Vladimir Zelenski ABŞ prezidenti Donald Trampın son açıqlamaları fonunda diqqətin Ukraynadan Qrenlandiyaya yönəlməsindən narahat olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, bu barədə "European Pravda" məlumat yayıb.

"Tammiqyaslı müharibə zamanı diqqətin itirilməsindən narahatam. Amma düşünmürəm ki, bunlar bir-birini əvəz edə bilər. Yəni bizim tammiqyaslı müharibəmiz və konkret təcavüzkarımız var", - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, yeganə seçimlər Rusiyaya təzyiq və Ukraynanın güclənməsi olmalıdır./publika.az


MANŞET XƏBƏRLƏRİ