Ukraynanın vurduğu KAIROS tankerində sızma aşkar edildi


Kocaelinin Kandıra rayonu Kefken sahillərində "VİRAT" adlı başqa bir tankerlə eyni vaxtda hücuma məruz qalan "KAİROS" tankerindən mazut sızdırmağa başlayıb.

Turkustan.az xəbər verir ki, Türkiyə ərazi sularından təxminən 28 mil aralıda vurulan və daha sonra alovlanan gəminin soyuyarkən mazut sızdırdığı bildirilir. Son məlumatlara görə, zərbədən sonra gəminin idarəetmə sistemləri sıradan çıxıb və o, lövbər sala bilməyib.

Tanker külək və cərəyanlar səbəbindən indiki mövqeyindən təxminən dörd mil uzaqlaşıb və hərəkətinə görə sızmanın qarşısını almaq üçün heç bir qabaqlayıcı tədbirin görülə bilməyəcəyi bildirilib.

Aytən Yaşar/ Turkustan,az


MANŞET XƏBƏRLƏRİ