Roma Papası XIV Leo Türkiyəyə səfəri çərçivəsində Diyanət İşləri Başçısı Safi Arpaquş ilə görüşüb.
Turkustan.az xəbər verir ki, prezident Külliyesində prezident Rəcəb Tayyib Ərdoğanla təkbətək və heyətlərarası görüşlər keçirən Papa XIV Leo Prezident Xalq Kitabxanasındakı Cihannüma Salonunda prezident Ərdoğan və qonaqlara müraciət edib.
Prezident Külliyesindəki proqramların ardından Diyanət İşləri Başçılığına keçən Papa XIV Leo, Diyanət İşləri Başçısı Arpaquş ilə görüşüb.
Görüş bağlı qapılar arxasında keçirilib.
Diyanət İşləri Başkanlığından verilən açıqlamada, səfərdə Diyanət İşləri Yüksək İdarəsinin sədri Prof. Dr. Əbdürrəhman Haçkalı, Diyanət İşləri Başçı müavinləri Prof. Dr. Ahmet İshak Dəmir, Dr. Hafiz Osman Şahin və Dr. Hüseyn Hazırların da iştirak etdiyi bildirilib.
Aytən Yaşar/ Turkustan.az