ABŞ-ın Qəzza zolağına Beynəlxalq Stabilləşdirmə Qüvvələrinin yerləşdirilməsi üçün hədəf tarix olaraq 2026-cı ilin yanvar ayının ortalarını təyin etdiyi iddia edilib.
Turkustan.az xəbər verir ki, İsrailin Kanal 14 televiziyasında yayımlanan xəbərə görə, ABŞ administrasiyasının müəyyən etdiyi cədvələ əsasən, Beynəlxalq Stabilləşdirmə Qüvvələrinin ilk qoşunlarının Qəzza zolağına 2026-cı il yanvarın ortalarında gəlməsi planlaşdırılır.
Hesabatda Beynəlxalq Stabilləşdirmə Qüvvələrinin Qəzzanın cənubundakı Rəfah bölgəsinə göndərilməsinin planlaşdırıldığı və bölgədə xidmət edən İsrail ordusunun yerləşdirmədən əvvəl təyin olunmuş əraziləri mina və partlamamış hərbi sursatlardan təmizləyəcəyi bildirilib.
Aytən Yaşar/ Turkustan.az