Ukrayna və Amerika nümayəndə heyətləri görüşəcək - Yermak


Prezident Aparatının rəhbəri Andriy Yermak bəyan edib ki, bu həftənin sonunda Ukrayna və Amerika nümayəndə heyətləri birgə işlərini davam etdirəcəklər.

Turkustan.az xəbər verir ki, bu barədə Andrey Yermak Telegram -da məlumat verib .

“Bu həftənin sonunda Ukrayna və Amerika nümayəndə heyətlərinin birgə işi Cenevrədə əldə olunan nəticəni inkişaf etdirməyə davam edəcək”, - deyə Yermak bildirib.

O, məhsuldarlığı itirməməyin və tez işləməyin vacib olduğunu vurğuladı.

"Tərəfdaşlarımızla əsas ortaq məqsədimiz dəyişməz olaraq qalır - Ukrayna üçün mümkün qədər tez bir zamanda davamlı və layiqli sülhə nail olmaq. Cenevrədə olduğu kimi, indi də müharibəni bitirmək üçün addımların müəyyən edilməsində nəzərəçarpacaq irəliləyişə nail olmaq üçün konstruktiv söhbətə hazırlaşırıq", - Yermak bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ