Rusiya-Ukrayna müharibəsinə bu ölkələr səbəb olub?


Buna saxta xəbər də demək olar, yəni ümumiyyətlə belə bir söz deyilməyib. Bu, sadəcə olaraq mənim “Freiheit” (Azadlıq) adlı kitabımda yer alan hadisələrin xronologiyası barədə müzakirə idi. Bir il ərzində heç kim buna etiraz etməmişdi. Sonra isə böyük hay-küy qopdu, çünki demək olar, heç kim artıq orijinal mətnə baxmır.

Turkustan.az xəbər verir ki, bunu Almaniyanın keçmiş kansleri Angela Merkel Rusiyanın Ukraynaya qarşı müharibəsinə görə Polşa və Baltik ölkələrinin məsuliyyət daşıdığı barədə fikirlərini şərh edərkən deyib.

O qeyd edib ki, onun fikirləri təhrif edilib:

“Biz hamımız uğursuz olduq. Mən, başqaları – hamımız bu müharibənin qarşısını almaqda, xüsusilə də amerikalılarla apardığımız danışıqlarda uğursuz olduq”.

“Politiko” nəşri isə xatırladıb ki, Merkel oktyabr ayında 2021-ci ildə Rusiyanın Ukrayna sərhədləri yaxınlığında hərbi mövcudluğunu artırdığı zaman Baltik ölkələri və Polşanın ona və Fransa Prezidenti Emmanuel Makrona Rusiya lideri Putinlə danışıqlar aparmağa icazə vermədiyini demişdi. Şərqi Avropa ölkələrində bu sözlər Rusiyanın genişmiqyaslı işğalının başlanmasında dolayı ittiham kimi qarşılanmışdı. /axar.az/


MANŞET XƏBƏRLƏRİ