Rusiya prezidenti Vladimir Putin Ukrayna hökumətinin prezident seçkilərini keçirməməklə legitimliyini itirdiyini bəyan edərək, "Ukrayna hökuməti ilə müqavilələr imzalamağın mənası yoxdur" deyib.
Turkustan.az xəbər verir ki, Kreml Sarayından verilən açıqlamaya görə, Putin Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Sammitindən sonra mətbuat konfransı keçirib.
İclasda gündəm bəndlərini dəyərləndirən Putin ABŞ rəhbərliyinin Ukrayna böhranının həlli üçün hazırladığı “sülh planı”na toxunub.
Putin bu planın yaradılmasına qədər gedən proses haqqında məlumat verərək, "Heç bir plan layihəsi yox idi. Müzakirə edilməli və formalaşdırılmalı olan yalnız bir sıra təklif olunan suallar var idi. Biz Alyaska sammitindən əvvəl bu məsələlərlə bağlı amerikalı müzakirəçilər ilə məsləhətləşdik. Bundan sonra potensial razılaşmaların 28 bəndlik siyahısı yaradıldı. Bu, müəyyən kanallar vasitəsilə bizə çatdırıldı" dedi.
Aytən Yaşar/ Turkustan.az