Çinin Yunnan əyalətində sınaq qatarının relslərdə işləyən fəhlələrə çırpılması nəticəsində 11 nəfər ölüb.
Turkustan.az xəbər verir ki, Çinin cənubundakı Yunnan əyalətinin mərkəzi şəhəri Kunminq rəsmiləri, Luoyang Dəmiryol Stansiyasında seysmik avadanlığın sınağı zamanı qatarın relslərdəki işçiləri vurduğunu bildirdi.
Hadisə nəticəsində 11 dəmiryolçunun həyatını itirdiyi, 2-nin yaralandığı bildirilib.
Aytən Yaşar/ Turkustan.az