Bloomberg: ABŞ-ın Ukrayna ilə bağlı planına Rusiya əleyhinə sanksiyaların ləğvi daxildir


Agentliyin məlumatına görə, Vaşinqtonun təklifində Kiyevdən ərazi güzəştləri və Ukrayna Silahlı Qüvvələrinin qoşunlarının sayını məhdudlaşdırmaq tələbləri də var.

Turkustan.az xəbər verir ki , ABŞ-ın Ukraynadakı münaqişənin sülh yolu ilə nizamlanmasına dair yeni planına Rusiyaya qarşı sanksiyaların ləğvi daxildir .
Onun sözlərinə görə, Vaşinqtonun təklifi anti-Rusiya məhdudiyyətlərinin aradan qaldırılmasını, həmçinin Kiyevdən ərazi güzəştləri və Ukrayna Silahlı Qüvvələrinin sayını məhdudlaşdırmaq tələblərini nəzərdə tutur.

Nəşr qeyd edir ki, Volodimir Zelenski ABŞ-dan sazişi qəbul etməsi barədə siqnallar alıb. Kiyevdə ABŞ-ın ordu katibi Daniel Driskolun başçılıq etdiyi Amerika nümayəndə heyəti artıq Ukraynanın baş naziri Yuliya Svırıdenko və Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski ilə görüşüb.

Noyabrın 18-də “Axios” xəbər verib ki, Vaşinqton öz avropalı müttəfiqləri və Kiyevlə Amerika tərəfinin Rusiya ilə məsləhətləşərək hazırladığı Ukrayna münaqişəsinin həlli üçün yeni planı müzakirə etməyə başlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ