Ukrayna prezidentinin ofisindən verilən açıqlamaya görə, Vladimir Zelenski ABŞ-ın təqdim etdiyi sülh planı layihəsini alıb.
Turkustan.az xəbər verir ki, bəyanatda həmçinin Ukraynanın ABŞ, Avropa və digər müttəfiqləri ilə işləməyə hazır olduğu bildirilib.
Kremlin sözçüsü Dmitri Peskov, Ukrayna böhranının həlli ilə bağlı ABŞ ilə məsləhətləşmələr aparmadıqları halda, təmasları davam etdirdiklərini bildirərək, "Rusiya sülh yolu ilə həllə açıqdır" dedi.
Mətbuat katibi Peskov paytaxt Moskvada jurnalistlərə cari məsələlərlə bağlı açıqlamalar verib.
Aytən Yaşar/ Turkustan.az