Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketi üzərində işləyir - Kallas


Aİ-nin baş diplomatı Kaia Kallas Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketi üzərində işə başladığını təsdiqləyib.

Turkustan.az xəbər verir ki, Aİ-nin mətbuat xidmətinin məlumatına görə, Kallas bu barədə Berlində Almaniyanın müdafiə naziri Boris Pistorius və digər həmkarları ilə görüşdən sonra bildirib.

"Pulu və ya əsgəri qurtaran əvvəlcə müharibələri uduzur. Ona görə də biz Rusiyaya sanksiyalarla təzyiq etməyə davam edirik. 20-ci sanksiyalar paketi üzərində iş gedir və sanksiyalar beynəlxalq tərəfdaşlarımız tərəfindən dəstəklənəndə açıq şəkildə daha yaxşı işləyir", - diplomat bildirib.

O, həmçinin ABŞ hökumətinin Rusiya neft şirkətlərinə qarşı tətbiq etdiyi son sanksiyaları yüksək qiymətləndirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ