İddia: ABŞ-ın Suriya ilə razılaşması İsraili narahat edir


Suriya prezidenti Əhməd Şaranın ABŞ-a səfərindən sonra Vaşinqton administrasiyasının Suriyanın cənubunda işğal altında olan Hermon dağından çıxması üçün İsrailə təzyiq göstərməsi ehtimalının Tel-Əviv rəhbərliyini narahat etdiyi iddia edilir.

Turkustan.az xəbər verir ki, İsrailin “Yediot Ahronot” qəzetinin məlumatına görə, Suriya prezidenti Şaraa Ağ Evdə “tarixi” qarşılanıb.

Şəraa üçün Ağ Evdə təşkil edilən qarşılanma mərasiminin Vaşinqtonun təxminən bir il əvvəl işğal altında olan Hermon dağından geri çəkilmələri üçün qoşunlara təzyiq göstərə biləcəyi ilə bağlı Təl-Əvivdə narahatlıq doğurduğu iddia edilib.

İsrail rəsmiləri qarşıdan gələn qışın işğal altındakı Hermon dağına sərf olunacaq sonuncu qış olmayacağına inansa da, ABŞ prezidenti Donald Trampın Şara ilə görüşməsinin İsrailə təzyiqə səbəb ola biləcəyi fikrini yaratdığı qeyd edilib.

Xəbərdə İsrail və Suriya rəsmiləri arasında atəşkəs razılaşması imzalamaq üçün aparılan aşağı səviyyəli danışıqların heç bir nəticə vermədiyi, Trampın atəşkəs tətbiq edəcəyi təqdirdə İsrailin yeni problemlə üzləşəcəyi iddia edilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ