ABŞ prezidenti Donald Trampın ardınca Çin prezidenti Si Cinpinin gələn həftə Cənubi Afrikada keçiriləcək G20 Liderlər Sammitinə qatılmayacağı açıqlanıb.
Turkustan.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarına görə sammitdə iştirak edə bilmir. Bu, G20 tarixində ilk dəfədir ki, ABŞ, Çin və Rusiya liderləri eyni vaxtda sammiti buraxacaqlar.
Dünya siyasətinin ürəyi gələn həftə Cənubi Afrikada döyünəcək. Lakin G20 sammiti başlamazdan əvvəl diplomatik zəlzələ baş verdi.
Sammitdə iştirak etməyəcəyini ilk olaraq ABŞ prezidenti Donald Tramp bəyan edib. O, qərarının səbəbi kimi Cənubi Afrikada insan haqlarının pozulmasını göstərib. Tramp sosial şəbəkədəki paylaşımında "G20-nin Cənubi Afrikada keçirilməsi tamamilə biabırçılıqdır. Ağdərililər öldürülür, kütləvi şəkildə öldürülür, torpaqları qanunsuz olaraq zəbt edilir" deyib. Buna görə də o, sammitdə ABŞ hökumət rəsmilərinin iştirak etməyəcəyini açıqlayıb.
Aytən Yaşar/ Turkustan.az