İranın Venesuela ilə bağlı ABŞ-a cavabı: Bu, kobud qanun pozuntusudur


İran bəyan edib ki, Venesuelanın qanuni və seçilmiş hökumətinə qarşı güc tətbiq etmək hədəsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və beynəlxalq sülh və təhlükəsizlik üçün təhlükəli nəticələrə səbəb ola bilər.

Turkustan.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi verdiyi açıqlamada ABŞ administrasiyasının Venesuelanın qanuni və seçilmiş hökumətinə qarşı güc tətbiq etmə təhdidinin Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsi də daxil olmaqla beynəlxalq hüququn kobud şəkildə pozulması olduğunu vurğulayıb.

Bekayi ABŞ-ın Venesuelanın milli suverenliyi və ərazi bütövlüyünü pozmaq üçün “narkotik ticarəti ilə mübarizə” bəhanəsindən sui-istifadə etdiyini bildirib və beynəlxalq sülh və təhlükəsizliyin qorunmasının BMT Baş katibinin (Antonio Quterreş) məsuliyyəti olduğunu xatırladıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ