Çindən Yaponiyaya xəbərdarlıq: Gərginlik pikk həddə


Pekin artan gərginlikdən sonra Çin vətəndaşlarına Yaponiyaya səyahət xəbərdarlığı edib.

Turkustan.az xəbər verir ki, açıqlamada Yaponiyanın baş naziri Takaichi Sanae-nin Tayvanla bağlı məsələlərlə bağlı təxribat xarakterli açıqlamalarının Çin-Yaponiya münasibətlərinin atmosferinə mənfi təsir etdiyi qeyd edilib.

Çin Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Yaponiya liderinin Tayvanla bağlı məsələlərlə bağlı təxribat xarakterli bəyanatlarının Çin-Yaponiya münasibətlərinin atmosferinə mənfi təsir göstərdiyini və Yaponiyadakı Çin vətəndaşlarının təhlükəsizliyi üçün ciddi risk yaratdığını bildirib.

Bəyanatda Çin vətəndaşlarına yaxın gələcəkdə Yaponiyaya səyahət etməmələri barədə xəbərdarlıq edilib və hazırda ölkədə olan vətəndaşlara yerli təhlükəsizlik vəziyyətini yaxından izləmələri və özünü müdafiə tədbirlərini artırmaları tövsiyə edilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ