ABŞ prezidenti Donald Tramp, Ceffri Epşteynin “Trampın qızlar haqqında məlumatlı olduğu” iddiasına cavab verərək, belə bir məlumatdan xəbərsiz olduğunu deyib.
Turkustan.az xəbər verir ki, Tramp həftə sonu Vaşinqtondan Floridaya uçarkən təyyarədə baş verənlərlə bağlı mətbuatın suallarını cavablandırıb.
Jurnalist Maykl Volffun 2019-cu ildə yazdığı məktubda Epşteynin Trampın “qızlar haqqında məlumatlı olduğunu” iddia etməsi ilə bağlı verilən suala Tramp belə cavab verib:
“Mən bu barədə heç nə bilmirəm. Əsas məsələ onun bütün vaxtını Bill Klinton və Larri Summerslə keçirməsidir”.
Tramp Epstein ilə münasibətlərinin “uzun illər ərzində çox pis” olduğunu bildirib və əlavə edib:
“O, mənim prezidentliyimin gücünü gördü. Buna görə də mənə qeydlər yazırdı. Get, onun Bill Klinton haqqında nə bildiyini öyrən. Həmçinin JPMorgan Chase də daxil olmaqla tanıdığı bütün digər insanlar haqqında".
Aytən Yaşar/ Turkustan.az