Rusiyada qırıcı təyyarə qəzaya uğradı: Ölənlər var


Rusiyanın Kareliya vilayətində Su-30 qırıcı təyyarəsinin planlı uçuşu zamanı qəzaya uğraması nəticəsində bir neçə nəfər həlak olub.

Turkustan.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir:

"Su-30 qırıcı təyyarəsi Kareliya bölgəsində planlaşdırılmış uçuş zamanı təcrid olunmuş ərazidə qəzaya uğrayıb. Ekipaj həyatını itirib".

Açıqlamada təyyarənin döyüş sursatı olmadan uçduğu bildirilsə də, qəzanın səbəbləri barədə məlumat verilməyib.

Hadisə ilə bağlı araşdırmaya başlanıldığı bildirilən açıqlamada ekipaj üzvlərinin sayı ilə bağlı təfərrüatlar verilməyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ