Pentaqonda "Müharibə Departamenti" lövhələri asıldı


Departamentin adının dəyişdirilməsi ilə bağlı prezidentin sentyabr ayında imzaladığı fərmandan sonra ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasındakı lövhələr dəyişdirilib.

Turkustan.az xəbər verir ki, Pentaqondan verilən açıqlamaya görə, ABŞ prezidenti Donald Trampın sentyabr ayında imzaladığı fərmanla adı "Müharibə Departamenti" olaraq dəyişdirilən nazirliyin binasında dəyişiklik edilib.

Binanın iki girişindəki köhnə bürünc lövhələr çıxarılıb və onların yerinə "ABŞ-ın müharibə səylərini idarə edən federal agentliyin yeni adını daşıyan" lövhələr qoyulub.
Nazirliyin sosial media hesablarında paylaşılan görüntülərdə ABŞ-ın müdafiə naziri Pit Heqsetin “Müharibə Departamenti” yazılmış bürünc lövhələrdən birini şəxsən vurduğu görülüb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ