Hava limanına ayı girdi, uçuşlar dayandırıldı


Yaponiyanın şimal-şərqindəki İvate prefekturasındakı Hanamaki hava limanında ayı uçuş-enmə zolağına daxil olduqdan sonra uçuşlar qısa müddətə dayandırılıb.

Turkustan.az xəbər verir ki, NHK dövlət televiziyasının məlumatına görə, yerli vaxtla saat 13:00 radələrində İvate Hanamaki hava limanında ayı uçuş-enmə zolağına daxil olub.

Səlahiyyətlilər təhlükəsizlik səbəbiylə uçuşların müvəqqəti dayandırıldığını və ayının uçuş-enmə zolağından uzaqlaşdığını təsdiqlədikdən sonra uçuşların yerli vaxtla 14:30-da bərpa olunduğunu açıqlayıb.

Yaponiya son vaxtlar artan sayda ayı hücumları ilə üzləşir.

Tokio hökuməti son vaxtlar artan ayı hücumlarına qarşı tədbir olaraq hücumların ölkənin şimalında cəmləşdiyi Akita prefekturasına qoşun göndərmək qərarına gəlib.

Yaponiya hökuməti oktyabrın 31-də ayı hücumları ilə mübarizə üçün yeni lisenziya almış ovçuları işə götürməyi planlaşdırdığını açıqladı.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ