Əfqanıstan: Pakistanın əsassız tələbləri danışıqları yubadır


Pakistan nümayəndə heyətinin əsassız tələbləri danışıqlarda dalana səbəb olur.

Turkustan.az xəbər verir ki, Əfqanıstan hökumətinin xarici işlər naziri vəzifəsini icra edən Əmirxan Möttəki iddia edib ki, Kabil və İslamabad arasında danışıqların uğursuzluğa düçar olmasının əsas səbəbi Pakistan nümayəndə heyətinin “ağılsız və praktiki olmayan tələbləri”dir.

Kabildə yerləşən Tolo News kanalının məlumatına görə, Möttəki mərasimdə etdiyi çıxışda Pakistanla danışıqları dəyərləndirib.

İstanbulda keçirilən görüşlərə də işarə edən Möttəki, "Pakistanlı nümayəndələr danışıqlar zamanı nə mümkün, nə də ağlabatan tələblər irəli sürdülər. Onların tələblərindən biri də "Bizə Pakistanda bir daha təhlükəsizlik insidentinin yaşanmayacağına zəmanət verin" idi" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ