Zelenski: “Tomahavk” raketləri ilə bağlı danışıqları davam etdiririk


Ukrayna prezidenti Vladimir Zelenski müdafiə naziri Denis Şmıqal, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və digər yüksək rütbəli rəsmilərin iştirak etdiyi iclasda çıxış edib.

Turkustan.az xəbər verir ki, Zelenski Rusiya ordusunun Donetsk vilayətinin Pokrovsk şəhərinə hücumlarının davam etdiyini və Rusiya qüvvələrinin son üç gündə bu şəhərdə Ukrayna müdafiəsinə 220 hücum təşkil etdiyini bildirib. “Əsgərlərimizin tapıntılarına görə, hazırda şəhərdə 314 rus əsgəri var.

Rusiya ordusunun ağır itkilərə baxmayaraq Pokrovsk xəttində hücumlarını davam etdirdiyini qeyd edən Zelenski, "Düşmənin əsas məqsədi Pokrovski mümkün qədər tez ələ keçirməkdir. Bu hədəf dəyişməyib" dedi. O, həmçinin qeyd edib ki, Ukrayna qüvvələri Xarkov vilayətinin Kupyansk şəhəri və ətrafında 1100-1200 metr irəliləyib.

Zelenski Ukraynanın uzaqmənzilli zərbə imkanlarını gücləndirmək üçün intensiv işlədiyini və Ukraynaya Tomahavk raketlərinin tədarükü ilə bağlı ABŞ və digər müttəfiq ölkələrlə danışıqların davam etdiyini bildirib. O, həmçinin istehsalçılarla birbaşa görüşdüklərini və ABŞ prezidenti Donald Trampın məsələ ilə bağlı müsbət qərar verəcəyi təqdirdə istehsalçıların məmnuniyyətlə raketləri Ukraynaya çatdıracaqlarını bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ