Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə görüş keçirib. Görüşdə əsas müzakirə mövzusu ABŞ-ın nüvə sınaqlarını bərpa etmək planları olub.
Turkustan.az xəbər verir ki, Putin bildirib ki, Rusiya öz nüvə imkanlarını inkişaf etdirməyə davam edir. ABŞ-ın nüvə sınaqlarına başlamaq niyyətinə cavab olaraq, o, Rusiyada da eyni istiqamətdə hazırlıqlara başlanılması barədə göstəriş verib.
NATO mövzusuna da toxunan Putin deyib: “Raket sınağı zamanı bölgədə NATO gəmisi var idi. Onların işlərinə qarışmadıq, sadəcə görmələrini istədik.”
Rusiya lideri vurğulayıb ki, əgər ABŞ nüvə silahı sınaqlarını bərpa edərsə, Moskva da eyni hüquqa malik olacaq.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bir müddət əvvəl ölkəsinin nüvə sınaqlarını yenidən başlatmaq niyyətini rəsmən açıqlayıb. Bu bəyanat Vaşinqtonda və beynəlxalq arenada ciddi narahatlıqlara səbəb olub. ABŞ Konqresinin bir sıra üzvləri bu qərarın dünyanı yeni nüvə gərginliyinə sürükləyə biləcəyini bildiriblər.
Aytən Yaşar/ Turkustan.az