Sarkisyanın Ermənistandan çıxışına qadağa qoyuldu


Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın ölkədən çıxışına qadağa qoyulub.

Turkustan.az news.am-a istinadla xəbər verir ki, bunu Sarkisyanın tərəfdarlarından olan Armen Aşotyan bildirib.

Onun sözlərinə görə, sabiq prezidentə yeni ittiham irəli sürülüb.

Vəkil Amram Makinyan bildirib ki, Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Ermənistan Respublikasının üçüncü prezidenti Serj Sarkisyanın 2019-cu ildə baş verən hadisəyə görə Ermənistanı tərk etməsini məhdudlaşdırıb./"Yeni Sabah"


MANŞET XƏBƏRLƏRİ