Tramp Oval ofisin yerin unutdu? - Bu görüntülər tənqid olundu


Dünən prezident Donald Trampın Oval kabinetdən çıxarkən çəkilən görüntülərində Ağ Evdə nümayiş etdirilən, üzərində “Oval Ofis” yazılmış üç hissədən ibarət kağız lövhə diqqət çəkib.

Turkustan.az xəbər verir ki, ABŞ-da federal hökumətin bağlanması dövründə Ağ Evdə qızıl hərflərlə “Oval Ofis” yazılmış bu kağız lövhənin görünməsi demokratların etirazına səbəb olub.

Hadisə ABŞ mətbuatında da geniş müzakirə olunub. Bir çox media orqanları xəbəri “79 yaşlı Tramp Oval Ofisin harada olduğunu xatırlamaq üçün Ağ Evdə yeni lövhə asdı” kimi başlıqlarla təqdim edərək vəziyyəti tənqid ediblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ