O, bunu gözləmirdi! Hakan Fidanın qururlandığı həmin an


Finlandiyaya rəsmi səfəri çərçivəsində xarici işlər naziri Hakan Fidan Helsinkidə Finlandiyanın xarici işlər naziri Elina Valtonen ilə görüşüb.

Turkustan.az xəbər verir ki, görüş zamanı iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıq, eləcə də regional məsələlər müzakirə olunub.

Görüş zamanı Valtonen, Finlandiyanın keçmiş prezidenti Mauno Koivistonun “Rus İdeyası” adlı kitabını nazir Fidana hədiyyə edib. O, bu jestin səbəbini belə izah edib:

“Bu kitabı hədiyyə etməyimin səbəbi ondadır ki, orada belə bir bölmə var: ‘Rusiya imperiyasının hörmət etdiyi yeganə güc Osmanlı imperiyası idi.’”

Nazir Fidan bu sözləri məmnunluqla qarşılayaraq Valtonenə təşəkkür edib. Daha sonra iki nazir əl sıxaraq mətbuat qarşısında birgə şəkil çəkdiriblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ